[b]“İstərdik ki, həm millimiz, həm də klubumuz yenidən çempion olsun” - Elman Rüstəmov[/b]
05.10.2015 - 17:05
[b]“İstərdik ki, həm millimiz, həm də klubumuz yenidən çempion olsun” - Elman Rüstəmov[/b]

"SOCAR-Azerbaijan klubu Avropa Kubokunun son qalibidi. Kişi şahmatçılarımızdan ibarət Azərbaycan yığması hazırkı qitə çempionudu. Sözsüz ki, biz hər iki yarışın favoritlərindən sayılırıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.

 

Federasiya rəhbəri Dünya Kubokunun mətbuat xidmətinə Azərbaycan şahmatçılarının iştirak edəcəyi qarşıdakı yarışlar barədə danışıb: “Hər iki komandamızdan titulu qorumaq tələb olunur. Yarışa qələbə üçün yollanacağıq. Biz istərdik ki, həm millimiz, həm də klubumuz yenidən çempion olsun. Amma bilirsiniz ki, rəqabət çox yüksəkdi. Əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Şahmatçılarımızın potensialı onlardan qələbə gözləməyə imkan verir. Təmsilçilərimiz yenidən uğur qazana bilər".

0