“Çelsi” Mourinyoya əvəzləyici tapdı
05.10.2015 - 17:41
“Çelsi” Mourinyoya əvəzləyici tapdı

“Çelsi”nin baş məşqçisi Joze Mourinyonun işləri yolunda getmir. Apasport.az saytının məlumatına görə, mövsümə uğursuz start götürən “zadəganlar”da portuqaliyalı mütəxəssisin postu laxlayıb.

 

Premyer Liqanın ilk 8 turundan sonra aktivində cəmi 8 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşan London klubu Mourinyonu müdafiə etsə də, onun gedişi istisna deyil. Çünki təcrübəli mütəxəssisin futbolçularla münasibəti qaydasında deyil. Oyunçular da onun göndərilməsinin tərəfdarıdılar.

 

Ötən turda “Sauthempton”a məğlubiyyət isə rəhbərliyi də hərəkətə gətirib. İngilislər artıq baş məşqçi axtarışlarına da başlayıb. Bu posta ilk namizəd isə Karlo Ançelottidi. İtaliyalı çalışdırıcı ilə danışıqlara artıq start verilib. Uğursuz çıxış davam edəcəyi təqdirdə, birinci dövrə başa çatmamış Mourinyo ilə yollar ayrılacaq.

 

Qeyd edək ki, Karlo Ançelotti 2009-2011-ci illərdə “Çelsi”ni çalışdırıb. O, 2013-cü ildə “Real”a məhz Mourinyonun gedişindən sonra gətirilmişdi.

0