[b]Dünya Kubokunu Sergey Karyakin qazandı[/b]
06.10.2015 - 08:22
[b]Dünya Kubokunu Sergey Karyakin qazandı[/b]

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, gərgin keçən final qarşılaşmalarından sonra Sergey Karyakin qalib adına layiq görülüb.

 

O, həlledici görüşdə Rusiya millisindəki komanda yoldaşı Pyotr Svidlerdən güclü olub. Belə ki, Karyakin klassik partiyada 0:2 hesabı ilə geridə olmasına baxmayaraq, növbəti 2 gündə hesabda status-kvonu bərpa edib. 4 günlük mübarizədən sonra tay-brek  günü şahmatçılar daha 6 oyun keçiriblər. Bu oyunlar həm Karyakin, həm də Svidlerin kifayət qədər kobud səhvləri ilə yadda qalıb. Hər iki finalçı ağ fiqurlarla oynayarkən çətinliklər ilə üzləşiblər.

 

Lakin yekunda üstün tərəf Karyakin olaraq, Dünya Kubokuna yiyələnib.

 

Dünya Kuboku

Final mərhələsi

Sergey Karyakin (Rusiya) – Pyotr Svidler (Rusiya) – 4:1 (rapid 1:1; blits 3:1)

Klassik partiyalar – 2:2

0