“Azərbaycanla matçın önəmi böyükdü” – Bolqarıstanlı müdafiəçi
06.10.2015 - 10:34
“Azərbaycanla matçın önəmi böyükdü” – Bolqarıstanlı müdafiəçi

“Seçmə mərhələni major notda bitirmək çox önəmlidi. Bu üzdən də Xorvatiya və Azərbaycanla oyunlara hazırlığı davam etdiririk”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan yığmasının müdafiəçisi İvan İvanov deyib.

 

Bolqarlar Avro-2016-nın seçmə mərhələsi çərçivəsində son oyunlarını Xorvatiya (10 oktyabr) və Azərbaycana (13 oktyabr) qarşı keçirəcəklər. Hazırda 3-cü pillədə qərarlaşan Xorvatiyadan 6 xal geridə olan Bolqarıstan millisi pley-off mərhələsinə vəsiqə qazanmaq şansını davam etdirir.

 

İki illik fasilədən sonra yenidən yığmaya dəvət alan İvanov isə bunu real hesab etmir: “Növbəti oyunda Xorvatiyaya qalib gəlsək, fərqi 3-ə endirəcəyik. Ancaq xorvatlar son turda Malta ilə üz-üzə gələcək və xal itirəcəklərinə inanmıram. Biz sadəcə, son iki oyunda uğurlu nəticəyə çalışmalıyıq”.

 

27 yaşlı mərkəz müdafiəçisi Azərbaycan yığması ilə qarşılaşmanın əhəmiyyətindən də söz açıb: “Yeni baş məşqçinin gəlişindən sonra Azərbaycan yığması 6 xal qazandı. Hazırda bizdən 2 xal geridədilər və 4-cü yerə iddia edirlər. Bu mənada aramızdakı son matçın önəmi böyükdü. Onlar bizi ötməyə, biz isə yerimizdə qalmağa çalışacağıq. Fikrimcə, oktyabrın 13-də azarkeşlər maraqlı mübarizəyə şahid olacaqlar. Ancaq evdə oynayacağımız üçün mütləq qələbə qazanmalıyıq”.

 

 

0