[b]"Azərbaycandan gələn təklif aydın deyildi” [/b]
06.10.2015 - 10:39
[b]"Azərbaycandan gələn təklif aydın deyildi” [/b]

“Ölkə xaricindən təkliflər az almamışam. Sonuncu belə təklif Kosta-Rika və Azərbaycandan gəlib”. Apasport.az saytının məlumatına görə, bu sözləri ispaniyalı məşqçi Enrike Medina deyib.

 

2000-ci ildən məşqçiliyə başlayan 48 yaşlı çalışdırıcı bu vaxta qədər ancaq ölkəsində işləyib. Sonuncu iş yeri - “Tenerife” klubunda əvvəlcə köməkçi məşqçi, sonra isə baş məşqçi funksiyasını yerinə yetirən Medina 2012-ci ildən bəri işsizdi.

 

İspaniya mətbuatına müsahibə verən Medina Azərbaycandan təklif aldığını açıqlayıb. Həmin təklifi qəbul etməyən məşqçi bunun səbəbini də izah edib: “İspaniyadan kənarda çalışmaq məni qorxutmur. Amma Azərbaycandan və Kosta-Rikadan gələn təklifləri qəbul etmədim. Əgər detallar tam aydın deyilsə, uzun yol qət edib, başqa ölkəyə köçməyə dəyməz. İlk olaraq, Azərbaycandan təklif gəldi, ancaq həmin təklif mənə tam aydın deyildi. Buna görə də, qəbul etmədim. Kosta-Rika variantı bir qədər real görünsə də, o da yekunda alınmadı”.

 

Futbol həyəcanından uzaq qalan Medina təklif gözləyir: “İşsiz qaldığım üçün bütün diqqətimi ailəmə yönəltmişəm. Futbolun həyəcanını indi yaşıl meydanlarda yox, televiziya ekranları qarşısında yaşayıram. Çox istərdim ki, yenidən futbolun içində olum. Fərqi yoxdu, məşqçi də ola bilərəm, idman direktoru da”. 

0