[b]AFFA-dan “İnter”ə ağır cəza: 14 min manat![/b]
06.10.2015 - 12:05
[b]AFFA-dan “İnter”ə ağır cəza: 14 min manat![/b]

Bu gün İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının VII turunun qarşılaşmalarında baş verənlər müzakirə olunub.

 

AZAL – “Rəvan” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 1000 manat cərimələnib. Qonaqların baş məşqçisi Emin Quliyev oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə komandasını eyni məbləğdə ziyana salıb.

 

“Qəbələ” ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov iştirak etmədiyi üçün cənublular 1000 manat cərimə olunub.

 

“Zirə” ilə matçın 47-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli 2 oyun cəzalanıb, klubunu 2000 manat ziyana salıb.

 

“Kəpəz”lə qarşılaşmada ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Sumqayıt”ın futbolçusu Slavik Alxasovun cəzası nisbətən yüngül olub. O, 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.

 

“İnter” – “Qarabağ” qarşılaşmasında meydan sahibləri ümumilikdə 14 min manat məbləğində cərimə olunub. Bakı təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəyəcək.

 

Bakılıların qapıçısı Giorgi Lomaya hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb və paytaxt təmsilçisinin 4000 manat xərcə salıb. Onun komanda yoldaşı Zurab Xizanişvili eyni cəzaya məruz qalıb. Oyun başa çatdıqdan sonra hakimlər briqadasını təhqir edən klub nümayəndəsi Natiq Əsgərovun cəzası daha ağır olub. O, 5 oyunluq cəzalanıb və “İnter”i 5000 manat ziyana salıb.

0