[b]Yığmamızın üzvü oktyabrda futbol oynaya bilməz[/b]
06.10.2015 - 12:20
[b]Yığmamızın üzvü oktyabrda futbol oynaya bilməz[/b]

“Qarabağ”ın zədəli futbolçusu Cavid Tağıyevin son durumuna aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, gənc yarımmüdafiəçinin ayaq əzələsində yırtıq aşkarlanıb.

 

Avropa Liqasında ötən həftə “Anderlext”lə keçirilən oyundan əvvəlki məşqdə zədələnən Tağıyev bu üzdən milli komandadan da kənarlaşdırılmışdı. Tibbi müayinədən sonra klubun həkimləri onun 3 həftə müalicə almalı olduğunu bildiriblər.

 

23 yaşlı futbolçu yalnız oktyabrın sonlarında fərdi məşqlərə başlaya biləcək. Onun yalnız noyabrın əvvəllərindən kollektivə qoşulması və məşqçilər korpusunun ixtiyatında olması güman edilir.

 

Qeyd edək ki, Cavid Tağıyev bu mövsüm Topaz Premyer Liqasında 4 oyunda iştirak edib ki, bunun yalnız 1-də meydançaya start heyətində daxil olub.

0