[b]Boksçumuz dünya çempionatına qələbə ilə başladı [/b]
06.10.2015 - 16:56
[b]Boksçumuz dünya çempionatına qələbə ilə başladı [/b]

Bu gün Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, rinqə boksçularımızdan öncə 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor çıxıb.

 

Milli komandamızın üzvü kanadalı Artur Biyarslanovu məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimizin növbəti rəqibi əlcazairli Abdelkader Çader olacaq.

 

Dünya çempionatının debütantı 49 kq-da mübarizə aparan Rüfət Hüseynov isə axşam proqramında mərakeşli İmad Ahyounla qarşılaşacaq.

 

Qeyd edək ki, dünya çempionatında ölkəmizi təmsil edən digər boksçular - Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdi.

0