Rio Paralimpiadasına daha bir vəsiqə
25.10.2015 - 16:50
Rio Paralimpiadasına daha bir vəsiqə

Qətərin Doha şəhərində paralimpiyaçı atletlər arasında lisenziya xarakterli dünya biriniciliyi davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Kamil Əliyev uzunluğa tullanma yarışlarında çempion olub.

 

O, 7.13 metrlik nəticəsi ilə bütün rəqiblərini qabaqlayıb.

 

İdmançımız həm də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazanıb.

0