[b]Şahmatçılarımız Danimarkanı udub, İtaliyaya uduzdular - YENİLƏNİB[/b]
15.11.2015 - 00:45
[b]Şahmatçılarımız Danimarkanı udub, İtaliyaya uduzdular - YENİLƏNİB[/b]

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, həm kişilər, həm də qadınlardan ibarət yığma komandalarımız bu gün ikinci qarşılaşmalarını keçiriblər.

 

İlk turda Sloveniyanı məğlub edən kişi zəka sahiblərimiz Danimarka ilə qarşılaşıb. Millimiz qalib gəlib.

 

Dünən Belçika ilə bərabərə qalan zərif cinsdən olan şahmatçılarımız isə İtaliyaya uduzublar.

 

 

Avropa çempionatı

14 noyabr

II tur

 

Kişilər

 

Azərbaycan – Danimarka – 3.5:0.5

 

Şəhriyar Məmmədyarov (2743) – Sune Berg Hansen (2566) – 1:0

Arkadi Naydiç (2689) – Lars Şandorf (2519) - 1:0

Rauf Məmmədov (2653) – Mads Andersen (2459) – 0.5:0.5

Eltac Səfərli (2657) – Byörn Oşner (2405) - 1:0

 

 

Qadınlar

 

İtaliya – Azərbaycan – 2.5:1.5

 

Olqa Zimina (2364) – Zeynəb Məmmədyarova (2235) - 1:0

Yelena Sedina (2305) – Gülnar Məmmədova (2303) - 0:1

Marina Brunello (2292) – Nərmin Kazımova (2323) – 1:0

Daniela Movileanu (2191) – Xəyalə Abdulla (2283) - 0.5:0.5

0