[b]Yığmamız Türkiyəni mat qoydu[/b]
17.11.2015 - 09:47
[b]Yığmamız Türkiyəni mat qoydu[/b]

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında növbəti oyunlar baş tutub. Apasport.az saytının məlumatına görə, yarışın 4-cü turunda Azərbaycan milliləri qələbə qazanıblar.

 

Türkiyə yığması ilə qarşılaşan Aleksandr Halifmanın yetirmələri cəmi 0,5 xal itiriblər. Komandamızın heyətində yalnız Şəhriyar Məmmədyarov heç-heçə edib. Digər qrossmeysterlərimiz rəqiblərini mat ediblər.

 

Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət millimiz də 4-cü matçdan qalib ayrılıb. Onlar Norveç şahmatçılarından güclü olublar.

 

IV tur

AZƏRBAYCAN - TÜRKİYƏ - 3,5:0,5
Şəhriyar Məmmədyarov (2743) - Draqan Solak (2628) - 0,5:0,5
Teymur Rəcəbov (2739) - Mustafa Yılmaz (2594) - 1:0
Arkadi Naydiç (2689) - Barış Esen (2565) - 1:0
Rauf Məmmədov (2653) – Əmrə Can - 1:0

 

Turnir cədvəli: 1.Rusiya – 8 xal; 2.Azərbaycan, 3.Macarıstan - 6.

 

AZƏRBAYCAN – NORVEÇ - 2,5:1,5
Gülnar Məmmədova (2303) - Şeyla Bart Sal (2190) - 1:0
Nərmin Kazımova (2323) - Niina Koskela (2204) - 0:1
Xəyala Abdulla (2283) - Olqa Doljikova (2145) - 0,5:0,5
Ülviyyə Fətəliyeva (2294) - Yellisiv Repen (2058) - 1:0

 

Turnir cədvəli: 1.Rusiya – 8; 2-3.Fransa, Rumıniya – 7... 16.Azərbaycan - 4.

 

0