[b]Hollandiyaya qalib gəlib, Polşaya uduzduq - YENİLƏNİB[/b]
20.11.2015 - 00:20
[b]Hollandiyaya qalib gəlib, Polşaya uduzduq - YENİLƏNİB[/b]

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə komandalararası Avropa çempionatının 6-cı turu start götürüb. Apasport.az saytının məlumatına görə, həm kişi, həm də qadınlardan ibarət millimiz növbəti oyunlarını keçiriblər.

 

Aleksandr Xalifmanın rəhbərlik etdiyi kişi yığmamız Hollandiyaya qalib gəlib. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun heç-heçə oynadığı qarşılaşmada Arkadi Naydiçin qələbəsi millimizin yekun hesabda qalib gəlməsini təmin edib.

 

Fikrət Sideyifzadənin kapitanlıq etdiyi qadınlardan ibarət seçmə komandamız isə polşalı həmcinslərinə uduzublar.

 

 

Avropa çempionatı

VI tur

19 noyabr

 

Kişilər

Azərbaycan – Hollandiya - 2.5:1.5

 

Şəhriyar Məmmədyarov – Anşi Qiri - 0.5:0.5

Teymur Rəcəbov – Ervin Lami - 0.5:0.5

Arkadi Naydiç – İvan Sokolov - 1:0

Rauf Məmmədov – Sergey Tivyakov - 0.5:0.5

 

Qadınlar

Azərbaycan – Polşa - 1.5:2.5

 

Zeynəb Məmmədyarova – Monika Soçko - 0:1

Gülnar Məmmədova – İveta Raylix - 0.5:0.5

Nərmin Kazımova – Karina Şepkovska-Xorovska - 1:0

Xəyalə Abdulla – İonna Maydan-Qaevska - 0:1

0