[b]Pike İbrahimoviçlə qalmaqal yaradan şəkildən danışdı[/b]
24.11.2015 - 14:38
[b]Pike İbrahimoviçlə qalmaqal yaradan şəkildən danışdı[/b]

“Heç kim məni homoseksuallıqda ittiham edə bilməz. Əgər belə düşünən varsa, Şakira ilə 5 illik münasibətlərimizin nə qədər xoşbəxt məcrada davam etdiyinə baxsın və internetdə bu tip yazılar paylaşmasın”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya millisinin və “Barselona”nın futbolçusu Xerard Pike deyib.

 

Təcrübəli müdafiəçi sabiq komanda yoldaşı, İsveç millisinin hücumçusu Zlatan İbrahimoviçlə aralarında hər hansı homoseksual münasibətlər olmadığını bildirib: “Zlatanla ikimiz kişi kimi dostuq”.

 

2010-cu ildə iki futbolçunun intim vəziyyətdə söhbət edərkən paparatsilərin kamerasına tuş gəlib. Pike 5 ildi çoxlarını düşündürən və futbolçulardan şübhələnməyə səbəb olan şəklin sirrini də açıb: “İbrahimoviç əla karyeram olduğu üçün məni təbrik etdi. O, insanlara toxunmağı sevirdi. Mənə də toxunduğu anda, maraqlı məqamda şəklimizi çəkiblər. Yanağıma toxunandan sonra əlimi sıxdı. Bu, məşqdən sonra baş vermişdi. Bir təbrikin dünyada bu qədər səhv başa düşülməsinə heyrətlənmişdim”.

 

Qeyd edək ki, Pike və İbrahimoviç 2009/10 mövsümündə “Barselona”da birlikdə çıxış ediblər.

0