[b]“Rəqibə səfədə oynadıqlarını hiss etdirəcəyik” – Qara Qarayev[/b]
25.11.2015 - 17:42
[b]“Rəqibə səfədə oynadıqlarını hiss etdirəcəyik” – Qara Qarayev[/b]

“Bu, bizim üçün qrupda ən ağır oyunlardan biri olacaq”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

 

Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Tottenhem”i qəbul edəcək. Bu gün keçirilən mətbuat konfransında fikirlərini bildirən yığmamızın futbolçusu sabahkı görüşdə şanslarını dəyərləndirib: “İstəyirik evdəki son görüşdə qələbə qazanaq. Nəticədən asılı olmayaraq, düşünürəm ki, yaxşı oynayacağıq. Rəqibə səfədə oynadıqlarını hiss etdirəcəyik”.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tottenhem” oyunu saat 22:00-da başlayacaq.

0