[b]“Heç kimdən qorxmuruq” – Dani Kintana[/b]
25.11.2015 - 17:48
[b]“Heç kimdən qorxmuruq” – Dani Kintana[/b]

“Bir həftə ərzində yaxşı məşq etmişik”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana deyib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Tottenhem”ə qarşı keçiriləcək matçı dəyərləndirən ispaniyalı yarımmüdafiəçi qələbə qazanmaq üçün meydana çıxacaqlarını bildirib: “Yaxşı komandaya qarşı oynayacağımızın fərqindəyik. Əlimizdən gələni edəcəyik. Qrupdan çıxmaq şansımız hələ də var. Bakıda qələbə qazansaq, şansımız artar. Rəqibin gücünü bilirik, hörmət edirik. Lakin heç kimdən qorxmuruq”.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tottenhem” oyunu saat 22:00-da başlayacaq.

 

0