Təyyarə qalmaqalı türk və rus futbolçular arasında gərginliyə səbəb oldu
25.11.2015 - 20:22
Təyyarə qalmaqalı türk və rus futbolçular arasında gərginliyə səbəb oldu

Türkiyə qırıcısının rus bombardmançı təyyarəsini vurmasının ajiotajı futbol aləmindən də yan keçməyib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə “Rubin”in futbolçuları arasında qısa konfliktə səbəb olub.

 

Belə ki, kazanlıların üzvü Jestokov klubun türk futbolçusu Gökdənizə sərt şəkildə “sizinkilər bizim təyyarəmizi vurublar” deyib. Türk yarımmüdafiəçi isə öz növbəsində “Zəhmət çək, bizim tariximizə nəzər sal, biz sərhədlərimizə edilən istənilən təcavüzə layiqli cavab veririk” deyib.

 

Komandanın digər üzvlərinin müdaxiləsindən sonra mübahisə instidentə çevrilməyib.

 

Qeyd edək ki, noyabrın 24-də Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə qardaş ölkənin hava sərhədlərini pozan rus bombardmançı təyyarəsini vurmuşdu.

0