[b]“İmkanlardan istifadə edə bilməsək...” – İqor Tudor[/b]
25.11.2015 - 21:30
[b]“İmkanlardan istifadə edə bilməsək...” – İqor Tudor[/b]

“Bizim üçün konkret situasiya yaranıb. Komandamdan məşqlərdə gördüyümdən daha çox şey gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri PAOK-un baş məşqçisi İqor Tudor deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində öz meydanında təmsilçimiz “Qəbələ” ilə qarşılaşacaq yunan klubunun xorvat çalışdırıcısı oyunöncəsi mətbuat konfransında matçla bağlı fikirlərini açıqlayıb: “İşimizin nəticəsini sabah görəcəyik. Futbolda psixologiya vacib şərtdi və bu, məşqçi işinin bir hissəsidi. Mənim üçün bütün oyunçular eynidi, adların heç bir əhəmiyyəti yoxdu. Sabah onların arasından 11 nəfər seçəcəm və o oyunçular əllərindən gələni edəcəklər”.

 

Tudor komandasının qol vəziyyətlərindən istifadə edə bilməməsini də şərh edib: “Əldə etdiyimiz şansları istifadə edə bilməyəndə komanda ruhdan düşür. Oyun ərzində 3-4 qol vəziyyəti yaradırıq, əgər bu cür imkanlardan istifadə edə bilməsək, bizim üçün çox çətin olacaq”. 

0