[b]“Çalışacam özümü yaxşı tərəfdən göstərim” – “Tottenhem”in futbolçusu[/b]
25.11.2015 - 22:45
[b]“Çalışacam özümü yaxşı tərəfdən göstərim” – “Tottenhem”in futbolçusu[/b]

“Bütün yarışları ciddi qəbul edirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tottenhem”in üzvü Kieran Trippier deyib.

 

Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq londonluların futbolçusu matçla bağlı fikirlərini açıqlayıb: “Qarabağ”la oyuna yaxşı hazırlaşmışıq. Sabah meydana 3 xal üçün çıxacağıq. Çalışacam ki, özümü yaxşı tərəfdən göstərim. Rəqibimiz yaxşı komandadır. Topu özündə yaxşı saxlayır, əks hücumlarda təhlükəli olur. Üstəlik nəzərə almaq lazımdır ki, evdə oynayacaq. Ona görə də sabah ehtiyatlı oynamalıyıq”.

0