[b]Azərbaycan yığmasına məğlubiyyət baş məşqçi istefası ilə nəticələndi[/b]
26.11.2015 - 09:34
[b]Azərbaycan yığmasına məğlubiyyət baş məşqçi istefası ilə nəticələndi[/b]

Rusiyanın gənclər millisində baş məşqçi istefası baş verib. Apasport.az-ın “rfs.ru” saytına istinadən məlumatına görə, baş məşqçi Dmitri Xomuxa vəzifəsindən ayrılıb.

 

21 yaşadən futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına Bakıda 0:3 hesablı məğlubiyyət Xomuxanın işindən azad olunması ilə nəticələnib. Rusiya Futbol Federasiyasının İcraiyyə Komitəsi bunu uğursuzluq kimi qəbul edib və məşqçilər korpusunun istefaya göndərilməsini qərara alıb. Yeni baş məşqçinin kimliyi hələ məlum deyil.

 

Qeyd edək ki, Rusiya yığması qrupda keçirdiyi 4 oyunda 3 xal toplayıb.

0