[b]“Azərreyl” çətin səfərdən məğlub dönür - YENİLƏNİB[/b]
26.11.2015 - 21:29
[b]“Azərreyl” çətin səfərdən məğlub dönür - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, A qrupunda çıxış edən “Azərreyl” Rusiyada Kazan “Dinamo”sunun qonağı olub.

 

Çətin səfər matçına olduqca uğursuz başlayan təmsilçimiz ilk setdə cəmi 9 xal qazana bilib. İkinci və üçüncü setlərdə nisbətən özünə gələn və rəqibinə müqavimət göstərməyə çalışan "dəmiryolçular"ın gücü bundan artığına çatmayıb.

 

Komandamız səfərdən 0:3 hesablı məğlubiyyətlə dönür.

 

Çempionlar Liqası

Qrup mərhələsi

III tur

A qrupu

 

26 noyabr

“Dinamo” (Kazan, Rusiya) - “Azərreyl” (Azərbaycan) - 3:0 (25:9, 25:21, 25:20)

Hakimlər: Aleksandr Pyasetski (Belarus), Yura Mokri (Slovakiya)

Kazan, Sankt-Peterburq Sarayı

 

 

1

Dinamo

3

3

0

9-1

248-199

9

2

Lokomotiv

3

2

1

7-4

262-232

6

3

Azərreyl

3

1

2

4-6

206-231

3

4

Ştutqart

3

0

3

0-9

171-225

0

 

0