[b]“Lokomotiv” azərbaycanlıları “kvadrat”a salır[/b]
26.11.2015 - 10:40
[b]“Lokomotiv” azərbaycanlıları “kvadrat”a salır[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Lokomotiv” (Azərbaycan) – “Ştutqart” (Almaniya) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi matçın qəhrəmanı Aneta Havlikova olub.

 

Komandasının kapitanı 20 dəqiq zərbə vurub. Digər voleybolçularımızdan Hana Çutura 12, Yaroslava Pencova 9, Aleksandra Srnçeviç 8, Berit Kauffeldt 6 və Özge Kırdar Çemberci 5 xala sevinib.

 

Statistikadan da göründüyü kimi beynəlmiləl komandada xal qazananlar arasında azərbaycanlı olmayıb. Hətta məşqçilər korpusunu da əcnəbilərin “zəbt” etdiyi “Lokomotiv”də həmyerlilərimizdən heç bir əvəzetmələrlə də meydana girməyib. Super Liqada limit səbəbindən növbə ilə yığmamızın əsas üzvləri olan Ayşən Abduləzimova və Oksana Kiselyovanı meydana buraxan Fransua Salvaqni bu dəfə onların “kvadrat”dan çıxmasına belə icazə verməyib. Nəticədə Abduləzimova və Kiselyova Ülkər Kərimovanı ehtiyatda tək qoymayıblar. Millimizin perspektivli üzvlərindən sayılan Yana Əzimova da meydana girməyənlər arasındadı.

 

“Ştutqart”ın heyətində isə xüsusi fərqlənən voleybolçu olmayıb. Komandanın üzvlərindən Miçeli Tomazela ilə Kim Renkema hərəyə 7 xal toplayıblar. 

0