[b]“Azərbaycana millisinə qabiliyyətsizcəsinə uduzduq”[/b] - FOTO
26.11.2015 - 11:11
[b]“Azərbaycana millisinə qabiliyyətsizcəsinə uduzduq”[/b] - FOTO

“Azərbaycan millisinə məğlubiyyətdən sonra baş məşqçini vəzifəsindən kənarlaşdırmaq bir az gülməlidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın futbol veteranı Aleksandr Mostovoy deyib.

 

Yığmasının və “Spartak”ın ulduzu kimi tanınan sabiq yarımmüdafiəçi 21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin baş məşqçi postundakı dəyişikliyə münasibət bildirib.

 

O, AVRO-2017-nin seçmə oyununda Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqdan sonra ciddi tənqid olunan, sonda vəzifəsindən azad edilən Dmitri Xomuxayla bağlı qərarı düzgün saymır.

 

Buna baxmayaraq, Mostovoy yığmanın Bakıdakı oyunundan da narazı qalıb: “Bu vəzifəyə təyinatı 3-4 oyunluq deyil, seçmə mərhələ üçün gerçəkləşdirirlər. Mən Bakıdakı qarşılaşmanın 1-ci hissəsini izləmişəm. Heç də ən güclü olmayan rəqibə qabiliyyətsizcəsinə uduzduq. Bunun mənfi reaksiyalar doğurması da məntiqlidi. Amma dərhal məşqçini çıxarmazlar. Amma belə hallara öyrəşmişəm. Bəzilərini təyin edib, tez də işindən azad edirlər, bəzilərini isə əksinə saxlayırlar. Bunu artıq sakit qarşılamaq lazımdı”.

 

Qeyd edək ki, SSRİ və Rusiya yığmasında ümumilikdə 65 oyun keçirən Mostovoy “Spartak”la yanaşı “Krasnaya Presnya”, “Benfika”, “Kann”, “Strasburq”. “Selta” və “Alaves” klublarının da şərəfini qoruyub.

0