“Bir xal Azərbaycanda keçiriləcək oyunda işimizi asanlaşdıra bilər” - FOTO
26.11.2015 - 11:23
“Bir xal Azərbaycanda keçiriləcək oyunda işimizi asanlaşdıra bilər” - FOTO

“Borussiya” ilə qarşılaşmada heç-heçə haqda düşünməyəcəyik. Düzdü, bu 1 xal qrup mərhələsinin Azərbaycanda keçiriləcək son oyununda işimizi asanlaşdıra bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Krasnodar” klubunun futbolçusu Andreas Qrankvist deyib.

 

Avropa Liqasının C qrupunda çıxış edən Rusiya təmsilçisi 1/16 final mərhələsinə 2-ci vəsiqə uğrunda mübarizə aparır. Son turda Bakıda “Qəbələ”nin qonağı olacaq “Krasnodar” Almaniya “Borussiya”sı ilə bu gün baş tutacaq görüşdə mərhələni adlaya bilər. İsveçli legioner komandasının Dortmund klubunu məğlub etmək iddiasında olduğunu bildirib: “Amma bunu fikirləşmədən öz futbolumuzu oynayacağıq. Almaniyalılara qarşı kombinasiyalı hücum futbolu göstərəcəyik. Bunun səbəbi də çox sadədi. Nə qədər çox hücum etsək, bir o qədər az müdafiə olunacağıq. Bizə 3 xal lazımı ki, bunu da qazanmalıyıq. 1/16 final mərhələsinə vəsiqəni “Borussiya” ilə qarşılaşmada təmin etməliyik. Evdə oynadığımızdan qalib gəlmək şanslarımız var.

 

Qeyd edək ki, hazırda 7 xalı olan “Krasnodar” “Borussiya”dan 3 xal geri qalır. PAOK-un 3, “Qəbələ”nin 1 xalı var.

0