[b]Cəzadan bezən legioner: Bakı üçün çox darıxıram[/b]
26.11.2015 - 12:21
[b]Cəzadan bezən legioner: Bakı üçün çox darıxıram[/b]

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin daha bir üzvü karyerası ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Alyona Kiriyenkonun ardınca Kseniya Vışnitskaya da diskvalifikasiya müddətinin başa çatmasına baxmayaraq, podiuma qayıtmayacaq.

 

Bunu əməkdaşımızla söhbətində milliləşdirilmiş idmançının özü deyib.

 

Əslən Ukraynadan olan Vışnitskaya bildirib ki, 2 illik cəza müddəti aprelin 11-də bitsə də, ədalətsiz qərar səbəbindən ağır atletika növündən üz çevirib: “Artıq bu növ məni maraqlandırmır. Çünki dopinq qalmaqalı mənə o dərəcədə təsir etdi ki, karyeramı başa vurdum. Bundan sonra isə həmin növlə maraqlanmağım mənasızdı”.

 

Cəmi 18 yaşı olan və 2 ilə yaxın millimizin şərəfini qoruyan Vışnitskaya artıq bir müddətdi vətəninə də qayıdıb. Onun sözlərinə görə, artıq özü üçün yeni iş də tapıb: “Karyeramı başa vurduqdan sonra vətənim Ukraynaya yollanmışam. Hazırda Xarkov şəhərindəyəm. Burada fitnes zalında çalışıram”.

 

Maraqlıdı ki, Vışnitskaya ölkəmizdən ayrılsa da, ürəyi Azərbaycanla döyünür. Ana dilimizdə bəzi sözləri də bilən idmançı bildirib ki, yayda yenidən paytaxtımıza gəlmək arzusundadı: “Bakı məndə o qədər xoş təəssürat yaradıb ki, ora üçün çox darıxıram”.

 

Atlet sabiq komanda yoldaşı Boyanka Kostovanın dünya çempionu olmasına çox sevindiyini də deyib. Onun sözlərinə görə, bolqarıstanlı legionerimiz güclüdü və çempionluğa layiqdi.

 

0