“Tottenhem”in uzaq səfəri bizim xeyrimizə işləyə bilər” – Hari Keyhill
26.11.2015 - 12:46
“Tottenhem”in uzaq səfəri bizim xeyrimizə işləyə bilər” – Hari Keyhill

“Tottenhem”lə qarşılaşmaya hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Rəqibimiz isə Avropa Liqasında hələ oyun keçirəcək və uzaq yol qət edəcək”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin müdafiəçisi Hari Keyhill deyib.

 

Avropa Liqasının qrup mərhələsində bu gün “Qarabağ”ın qonağı olacaq “Tottenhem” 3 gündən sonra İngiltərə Premyer Liqasının XIV turunda “Çelsi” ilə qarşılaşacaq.

 

Noyabrın 24-də Çempionlar Liqasının qrup mərhələsində “Makkabi” (Təl-Əviv) üzərində böyükhesablı (4:0) səfər qələbəsi qazanan “Çelsi” artıq öz bazasında bazar günkü London derbisinə hazırlaşır.

 

“Zadəganlar”ın mərkəz müdafiəçisinin fikrincə, “Tottenhem”in Bakıya səfər etməsi onlar üçün üstünlükdü: “Tottenhem”in Avropa Liqasındakı oyun üçün uzaq səfəri bizim xeyrimizə işləyə bilər. Çünki futbolda yorğunluq mühüm rol oynayır. Ancaq bunun rəqibimiz üçün ciddi problem olmadığını düşünürəm. Yəqin ki, baş məşqçiləri bütün bunları nəzərə alıb. Bizi “Tottenhem”lə çox ağır oyun gözləyir. Qələbə seriyasını davam etdirmək istəyirik. Vəziyyətdən çıxmaq üçün buna ehtiyacımız var”.

 

Qeyd edək ki, “Tottenhem” noyabrın 29-da London derbisində “Çelsi”ni qəbul edəcək. 

0