[b]Əfsanəvi məşqçi: Qalib gəlməsəz, 10 km kross qaçacaqsız[/b] - FOTO
26.11.2015 - 13:27
[b]Əfsanəvi məşqçi: Qalib gəlməsəz, 10 km kross qaçacaqsız[/b] - FOTO

Rusiyanın “Uraloçka” klubunun əfsanəvi məşqçi Nikolay Karpol növbəti dəfə voleybolçularla sərt danışığı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, bu, Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində Fransa “Kann”ı görüşdə yaşanıb.

 

Belə ki, səfərdə baş tutan oyunun tay-breki zamanı - hesab 11:13 olarkən, yetirmələrinin görüşü xilas etməsi üçün yeganə variant kimi onlara hədə-qorxu gəlməkdə görüb. Təcrübəli mütəxəssis voleybolçularına “qalib gəlməsəz, 10 km kross qaçacaqsız” deyə qışqırıb.

 

Daima yetirmələrinə belə təzyiqlərdə saxlaması ilə tanınan, məhz bunun da sayəsində saysız-hesabsız titullar qazanan Karpolun fəndi bu dəfə effektli alınıb. 10 km qaçmaq qorxusu olan voleybolçular ardıcıl 4 top udaraq, qarşılaşmanı qələbə ilə başa vurub.

 

Qeyd edək ki, D qrupunda yer alan “Uraloçka” 3 oyundan 5 xalla ikinci yerdədi. 

0