[b]Berbatov “Qəbələ”yə qol vursa...[/b]
26.11.2015 - 13:39
[b]Berbatov “Qəbələ”yə qol vursa...[/b]

“Qəbələ” ilə bugünkü oyun PAOK-un hücumçusu Dimitar Berbatov üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Berbatov Avropa Liqasının V turu matçında fərqlənə bilsə, həmyerlisi Xristo Stoiçkova çatacaq.

 

Karyerası ərzində avrokuboklarda 35 qola imza atan sabiq “Barselona”lı Stoiçkov ölkəsinin Avropa arenasında ən məhsuldar oyunçusudu. Berbatovun isə aktivində 34 qol var. 34 yaşlı forvard “Qəbələ” ilə qarşılaşmada 1 qol vursa Stoiçkova çatacaq, 2 dəfə fərqlənsə isə Bolqarıstan futbol tarixinin Avrokubokdakı ən məhsuldar oyunçusu ünvanını ələ keçirəcək.

 

Berbatov avrokuboklarda MOİK-də (Sofiya) 7, “Bayer”də 9, “Tottenhem”də 12, “Mançester Yunayted”də 5, “Monako”nun heyətində isə 1 dəfə rəqib qapıçısını məyus edib. O, buna nail olmaq üçün Çempionlar Liqası və Avropa Liqasında (keçmiş UEFA kuboku) ümumilikdə 91 oyun keçirib.

 

Qeyd edək ki, PAOK - “Qəbələ” oyunu bu gün Saloniki şəhərinin “Tumba” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

0