“Onlardan qələbələr gözləyirəm”
26.11.2015 - 14:30
“Onlardan qələbələr gözləyirəm”

“İndi özümü yaxşı hiss edirəm, əməliyyatdan sonra yavaş-yavaş bərpa olunuram. Evə buraxılsam da, bərpa dövrünün əsas hissəsini klinikada keçirəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in Braziliyada iki əməliyyat keçirən futbolçusu Dario Frederiko deyib.

 

Klinikadan evə buraxılan, klubun düşərgəsinə qayıdacağı dəqiq bilinməyən cənubi amerikalı klubun rəsmi saytına açıqlama verib: “Yaxında fizioterapiya kursları başlayacaq. Gündə iki dəfə klinikaya gedib-gələcəyəm. Demək istəyirəm ki, vəziyyətim normaldır. Hamıya salamım var. Komanda yoldaşlarıma uğurlar arzulayıram, onlardan qələbələr gözləyirəm. Azarkeşlərin isə “Kəpəz”i çılğın şəkildə dəstəkləməkdə davam etmələrini istəyirəm”.

 

0