Azərbaycanda işləmiş məşqçi Rusiya yığmasına can atır - FOTO
26.11.2015 - 15:41
Azərbaycanda işləmiş məşqçi Rusiya yığmasına can atır - FOTO

Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçi postuna Azərbaycan azarkeşlərinə tanış olan Sergey Yuran gətirilə bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu barədə məlumatı “Simurq”un sabiq çalışdırıcısı özü verib.

 

U-21-lər arasında AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına böyükhesablı (0:3) məğlubiyyət rusların baş məşqçisi Dmitri Xomuxanın istefaya göndərilməsi ilə nəticələnmişdi.

 

Komandanın uğursuz çıxışını dəyərləndirən Yuran baş məşqçi postunu tutmağa hazır olduğunu söyləyib: “Futbolçuya qələbə ruhunu kiçik yaşından aşılamaq lazımdı. Dmitri Xomuxa U-21-in heyətinə daha az yaşı olan oyunçuları cəlb etməyə tələsdi. Təəssüf ki, komandamız Bakıda Azərbaycan yığmasına qarşı bərbad futbol sərgilədi. Gənclər dərk etməlidilər ki, onların hər biri Rusiyanın əsas millisinin potensial üzvləridi. Gənclər yığmasının baş məşqçisi ola bilərəmmi? Bəli, bu, mümkündü. Mənim kifayət qədər təcrübəm və nüfuzum var. Oyunçularla necə çalışmaq lazım olduğunu yaxşı bilirəm”.

 

Qeyd edək ki, Sergey Yuran 2011-ci ildə qısa müddət “Simurq”a rəhbərlik edib.

0