[b]Azarkeşlər baş məşqçini döydü - Azərbaycanda[/b]
26.11.2015 - 17:01
[b]Azarkeşlər baş məşqçini döydü - Azərbaycanda[/b]

Futbol üzrə Azərbaycan I divizionunda insident baş verib. Apasport.az-ın "futbolinfo.az" saytına istinadən məlumatına görə, XI tur çərçivəsində keçirilən “Neftçala” – “Şahdağ” oyununda dava düşüb.

 

Nəriman Nərimanov adına Neftçala şəhər stadionunda baş tutan qarşılaşmada meydan sahiblərinin baş məşqçisi Kamal Quliyevlə azarkeşlər əlbəyaxa olub. Cəzalı olduğu üçün oyunu tribunadan izləyən Quliyev yerli azarkeşlərin atmacalarına reaksiya verincə, gərginlik yaranıb. Klub rəhbərlərinin və asayiş keşikçilərinin müdaxiləsindən sonra ara sakitləşib.

 

Qeyd edək ki, “Şahdağ” üzərində 4:0 hesablı qələbə qazanan “Neftçala” xallarının sayını 30-a çatdırıb və liderliyini davam etdirib.

0