[b]"Türk Hava Yolları"nın rəhbəri "Neftçi"nin qonağı olub - FOTO[/b]
26.11.2015 - 17:35
[b]"Türk Hava Yolları"nın rəhbəri "Neftçi"nin qonağı olub - FOTO[/b]

Dünyanın məşhur hava yolları şirkətlərindən sayılan “Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin rəhbəri Seyfullah İlyas bu gün “Neftçi”nin qonağı olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klubun inzibati binasında baş tutmuş görüşdə icraçı direktor Elnur Məmmədov və Seyfullah İlyas gələcək əməkdaşlıq planlarından danışıblar.

 

Görüşün sonunda türkiyəli qonağa “Neftçi”nin forması hədiyyə edilib. Seyfullah İlyas öz növbəsndə üzərində “Türk Hava Yolları” şirkətinin adı yazılmış simvolik hədiyyəni kluba təqdim edib.

 

Qeyd edək ki, THY 5 dəfə Avropa qitəsinin ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. Hazırda şirkət 110 ölkənin 277 nöqtəsinə uçuşlar təşkil edir. “Barselona”, “Mançester Yunayted”, “Şaxtyor” (Donetsk) kimi nəhəng klublara sponsorluq etmiş “Türk Hava Yolları” hazırda “Borussiya” (Dortmund) və “Marsel”lə əməkdaşlıq edir. Şirkət Türkiyənin 4 böyük klubu - “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” və “Trabzonspor”la da əməkdaşlıq edir. Məşhur aviaşirkət basketbol üzrə Avropa qitəsinin ən nüfuzlu klub turniri olan Avroliqanın da rəsmi sponsorudu.

0