[b]“Borussiya” uduzdu, “Qəbələ” qrupda qaldı [/b]
26.11.2015 - 22:27
[b]“Borussiya” uduzdu, “Qəbələ” qrupda qaldı [/b]

UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ”nin növbəti mərhələyə çıxmayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, C qrupunda mübarizə aparan təmsilçimizin qarşıda daha iki oyunu qalsa da, bu oyunlarda qazanılacaq istənilən nəticə ona final mərhələsinə çıxmaq üçün bəs etməyəcək.

 

Buna isə “qırmızı-qaralar”la eyni qrupda mübarizə aparan “Krasnodar”la “Borussiya”nın oyununda qeydə alınmış nəticə səbəb olub. Sona iki tur qalmış almanların 10, Rusiya təmsilçisinin isə 7 xal var idi. Bu gün oynanılmış və başa çatan görüşdə minimalhesablı qələbə qazanan ruslar xal ehtiyatını 10-a yüksəldərək “Borussiya” ilə birlikdə növbəti mərhələyə çıxmağı dəqiqləşdirib.

 

Hazırda 4 oyundan sonra hesabında 1 xal olan təmsilçimiz və onun bu turdakı rəqibi, Yunanıstan təmsilçisi 3 xala malik PAOK-un isə 1/16 final şansları qalmayıb.

0