Ruben Ayrapetyan Ermənistan – Albaniya matçından şübhələnir
26.11.2015 - 23:17
Ruben Ayrapetyan Ermənistan – Albaniya matçından şübhələnir

Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrepetyan AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutmuş Ermənistan – Albaniya oyununda xəyanət olmasından şübhələndiyini deyərək, o qarşılaşmanı yenidən diqqət mərkəzinə gətirib. Apasport.az saytının məlumatına görə, Ermənistan mətbuatına açıqlama verən EFF rəhbəri həmin oyun da daxil olmaqla, bir neçə matçda futbolçuların qəsdən oynamadıqlarından şübhələndiyini deyib.

 

Həmin görüşdən sonra serb mətbuatı belə bir iddia ilə çıxış eləsə də, sonradan iddialarını dəlillərlə sübut edə bilməmişdilər. Ayrepetyan isə belə bir xəyanətin baş verdiyinə inandığını bildirib: “Milli komanda bütün ölkənindi. Mən federasiya prezidenti olaraq, bu problemin həll olunması üçün əlimdən gələni edəcəm. Yığma komandanın futbolçuları bəzən sadəcə oynamaq istəmirlər. Albaniya ilə oyuna gəlincə isə, o oyunda xəyanət var idi. Millini həmin oyuna hətta ən yaxşı baş məşqçi də çıxartsaydı, yenə nəticə dəyişməyəcəkdi”.

 

Erməni federasiya prezidenti bəzi azarkeşlərin onu istefaya çağırmasına baxmayaraq, vəzifəsindən getməyəcəyini bildirib.

0