[b]Maurisio Poçettino üzr istədi: Mən də buna üzgünəm[/b]
27.11.2015 - 00:15
[b]Maurisio Poçettino üzr istədi: Mən də buna üzgünəm[/b]

“Komandamın çıxışından məmnunam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino deyib.

 

Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”ın qonağı olan London klubu 1:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni təmin edib. Görüşdən sonra keçirilən mətbuat konfransında fikirlərini bildirən argentinalı mütəxəssis sözlərinə bu cür davam edib: “Çətin oyun oldu. “Qarabağ” çox güclü komandadı. İlk dəfədi evdə uduzur. Yaxşı mübarizə oldu. Növbəti mərhələyə adladığımız üçün xoşbəxtəm”.

 

- Bazar günü “Çelsi”yə qarşı oynayacaqsız. Çətin olmayacaq?

- Komandam Londona yaxşı əhval-ruhiyyədə qayıdacaq. Bəlkə fiziki cəhətdən istədiyimiz formada olmayacağıq. Amma yol boyu tibbi heyət oyunçuların durumunu qaydasına salmağa çalışacaq.

 

- “Monako” ilə görüşə ehtiyat qüvvəni buraxacaqsız?

- Bizim üçün bütün oyunlar önəmlidi və “Monako” önünə qələbə üçün çıxacağıq.

 

- Harri Keynin “Çelsi”yə keçidi gündəmdədi...

- Bu cür şayiələrin olması normaldı. Keyn komandamızda xoşbəxtdi. Bundan sonra da bizim əsas oyunçumuz olacaq.

 

- Bir epizodda Pupon zədələnsə də, futbolçularınız topu kənara vurmadılar. Buna münasibətiniz necədi?

- Təbii ki, mən də buna üzgünəm. Razı qalmadım. Futbolçunun yerdə qaldığı imkanda topu kənara atmaq mümkün deyildi. Mən yenə də təəssüf hissi keçirirəm. Üzr istəyirəm. Amma hakim də müdaxilə edə bilərdi. Əlavə etmək istəyirəm ki, Bakıda azarkeşlərin davranışı bizim üçün müsbət mənada sürpriz oldu.

0