[b]"Elə bir komandaya qarşı oynayırdıq ki..." - Əfran İsmayılov[/b]
27.11.2015 - 00:39
[b]"Elə bir komandaya qarşı oynayırdıq ki..." - Əfran İsmayılov[/b]

“Gərgin qarşılaşma oldu. Elə bir komandaya qarşı oynayırdıq ki, çox çətin rəqib idi. Ancaq buna baxmayaraq, öz meydanımızda, azarkeşlərimiz qarşısında maraqlı futbol oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Əfran İsmayılov deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda öz meydanında “Tottenhem”ə məğlub olan (0:1) ağdamlıların yarımmüdafiəçisi oyundan sonra qarşılaşma haqqında fikirlərini bölüşüb: “Nə qədər gücümüz var idisə, meydanda qoyduq. Ancaq standart vəziyyətdən qol buraxdıq. Futbolda belə şeylər olur. Çox istəyirdik, arzulayırdıq ki, qrupdan çıxaq. Düzdü, hələ də kağız üzərində az da olsa, şanslarımız var. Bir az qeyri-real görünür, ancaq yenə əlimizdən gələni edəcəyik ki, ən azından xal ehtiyatımızı artıraq”.

 

O, qol epizodu haqqında da danışıb: “Oyundankənarı deyə bilmərəm, ancaq rəqibin fərqləndiyi epizod gözümün qabağında oldu. Rəşad topu vurdu, rəqibə dəyib çıxmışdı, ancaq hakim künc nöqtəni göstərdi. Onun da nəticəsi qol oldu ”.

0