Zədədən qayıdan Yekaterina Qamovaya çatmaq olmadı
27.11.2015 - 10:48
Zədədən qayıdan Yekaterina Qamovaya çatmaq olmadı

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən “Dinamo” (Kazan) - “Azərreyl” matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 0:3 hesabı ilə uduzduğu qarşılaşmanın ən yaxşı oyunçusu Elitsa Vasileva olub.

 

Kazanlılarına bolqarıstanlı legioneri hücumda, top qəbulunda və blokda da hamını qabaqlayıb. Zədəndən qayıdan Yekaterina Qamova isə Vasileva kimi 14 xal toplasa da, əlavə göstəricilərə görə ikinci olub.

 

“Azərreyl”in heyətində isə simvolik komandaya düşən olmayıb. Bülənt Karslıoğlunun yetirmələrindən Hali Ekerman 11, Madison Kinqdonla Straşmira Filipova hərəyə 7, Odina Bayramova 6, Kseniya Poznyak 2 və Nutsara Tomkom 1 xal toplayıb.

0