[b]Rusiyalı məşqçi “Azərreyl”ə söz “atdı”[/b] - FOTO
27.11.2015 - 12:41
[b]Rusiyalı məşqçi “Azərreyl”ə söz “atdı”[/b] - FOTO

“Asan qələbəmizin əsas səbəbi rəqibi yaxşı analiz etməyimizdi”. Apasport.az saytının məlumatına görə, bunu Kazan “Dinamo”sunun böyük məşqçisi Denis Matveyev Çempionlar Liqasında “Azərreyl”lə oyundan sonra deyib.

 

O bildirib ki, 3:0 (25:9; 25:21; 25:21) hesablı qələbədə verilən tapşırıqların düzgün yerinə yetirilməsi öz rolunu oynayıb: “Azərreyl” qarşılaşmanın əvvəlində bizim necə oynamağımıza baxırdı. İkinci setdə isə oyunumuza uyğunlaşdılar. Taktikamızı nəzərə alıb, öz voleybollarını göstərdilər. Yəni, onlar elə müqavimət göstərdilər ki, bununla bizlə başabaş mübarizə apara bilərlər”.

 

Qeyd edək ki, “Azərreyl” “Dinamo” ilə ikinci matçını dekabrın 9-da Bakıda keçirəcək. 

0