Polşalı müdafiəçi Bakıya gəlməyəcək - FOTO
27.11.2015 - 12:45
Polşalı müdafiəçi Bakıya gəlməyəcək - FOTO

Avropa Liqasının qrup mərhələsinin son turunda “Qəbələ”nin qonağı olacaq “Krasnodar” Bakıya itki ilə gələcək. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisi Artur Endjeyçikin xidmətindən məhrum olub.

 

Buna 28 yaşlı müdafiəçinin “Borussiya” ilə V turun dünənki oyununda sarı vərəqə alması səbəb olub. Qrup mərhələsinin bütün qarşılaşmalarında önündə vərəqə görən polşalı cəzalı duruma düşüb.

 

İlk iki turun “Borussiya” və “Qəbələ” ilə matçlarında xəbərdarlıq alan Artur PAOK-la ilk görüşdə iki sarı vərəqə üzündən qırmızı ilə cəzalanmışdı. IV turu cəza üzündən buraxan müdafiəçi hesabında qalan sarıların sayını V turda 3-ə çatdırıb. Bu isə onun yenidən cəzalı duruma düşməsi ilə nəticələnib.

0