[b]“Qəbələ” 1 pillə irəlilədi, “Qarabağ” 1 addım geri düşdü[/b]
27.11.2015 - 13:03
[b]“Qəbələ” 1 pillə irəlilədi, “Qarabağ” 1 addım geri düşdü[/b]

Avrokubokların qrup mərhələsinin V turunun oyunlarından sonra UEFA klubların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə yer alan Azərbaycanın klubları arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu.

 

Avropa Liqasının qrup mərhələsinin dünən keçirilən V turunda İngiltərə “Tottenhem”inə 0:1 hesabı ilə uduzan ağdamlıların hesabındakı xal 13,4750-ə çatıb.

 

Bunun nəticəsində də 1 pillə geriləyən Qurban Qurbanovun yetirmələri 128-ci yerə enib.

 

9,7250 xalı olan “Neftçi” 164-cü pillədə qalıb. 1 pillə irəliləyən “İnter” 5,4750 xalla 246-cidi.

 

Avrokuboklarda mübarizəni davam etdirən digər komandamız “Qəbələ” Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK-la səfər oyununda qazandığı heç-heçə ilə (0:0) hesabına 5,2250-ə çatdırıb. Bu da komandanın 1 pillə irəliləməsi ilə nəricələnib.

 

Digər klublarımızdan “Xəzər Lənkəran” (4,4750) 281-ci, “Bakı” ilə AZAL (hər ikisi 3,2250) 330-cudü.

 

Təmsilçilərimizin Avropa Liqasındakı rəqiblərindən Almaniya “Borussiya”sı (Dortmund) 98,6640 xalla 9-cu, İngiltərə “Tottenhem”i (68,0560) 22-ci, Belçika “Anderlext”i (47,4400) 38-ci, Fransa “Monako” (35,9830) 54-cü, Yunanıstan PAOK-u (35,3600) 58-ci, Rusiya “Krasnodar”ı (21,9760) 87-ci pillədədi.

 

Qeyd edək ki, siyahıya 158,7990 xala malik İspaniya “Real”ı (Madrid) başçılıq edir.

 

0