[b]Jejuda növbəti medal - FOTO[/b]
27.11.2015 - 14:12
[b]Jejuda növbəti medal - FOTO[/b]

Azərbaycan millisi Cənubi Koreyanın Jeju şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə komandamızın aktivinə mükafatı Rüstəm Orucov əlavə edib.

 

73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk 3 döyüşündə, müvafiq olaraq, isveçli Tommi Masias, polşalı Damian Şvarnoveski və koreyalı Sen-Ge Çai məğlub edib. Lakin o qələbə seriyasını davam etdirə bilməyib. Orucov yarımfinalda belçikalı Dirk van Tiçeltə uduzub.

 

Təmsilçimiz bürünc medal uğrunda döyüşdə Belçika yığmasının digər üzvü Sami Çouçi ilə qarşılaşıb. Gərgin keçən mübarizədə Rüstəm Orucov rəqibini məğlub edərək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

 

81 kq çəki dərəcəsində tatamiyə çıxan digər 2 cüdoçumuz – Əbdülhəqq Rəsullu və Hüseyn Rəhimli isə məğlub olaraq, mübarizəni vaxtından əvvəl dayandırıblar.

 

Qeyd edək ki, yarışın ilk günü Orxan Səfərov (60 kq) da bürünc medal qazanmışdı.

 

0