[b]Azərbaycan kuboku: 1/8 final mərhələsinin təqvimi açıqlandı[/b]
27.11.2015 - 15:00
[b]Azərbaycan kuboku: 1/8 final mərhələsinin təqvimi açıqlandı[/b]

Azərbaycan kubokunda 1/8 final mərhələsinin təqvimi açıqlanıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu mərhələnin oyunları dekabrın 2-3-də keçiriləcək.

 

Bu oyunlardan 6-sı ayın 2-də, digər 2-si isə ertəsi gün baş tutacaq. Maraqlıdı ki, 8 qarşılaşmanın yarısı bölgələrdə oynanılacaq.

2 dekabr (çərşənbə)

14:00. “Turan Tovuz” – “İnter”
Tovuz şəhər stadionu
 

14:00. “Neftçala” – “Sumqayıt”
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
 

15:00. AZAL – “Zirə”
“AZAL Arena”


17:00. “Xəzər Lənkəran” – “Kəpəz”
“Xəzər Lənkəran” mərkəzi stadionu
 

18:00. “Qarabağ” – “Şəmkir”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00. “Neftçi” – “Qaradağ Lökbatan”
8-ci km qəsəbə stadionu

3 dekabr (cümə axşamı)
 

17:00. “Qəbələ” – “Mil-Muğan”
Qəbələ şəhər stadionu


20: 00. “Rəvan” -  “Bakı”
“Bayıl Arena”

 

0