[b]“Qarabağ” və “Qəbələ”siz “11-lik”[/b]
27.11.2015 - 17:36
[b]“Qarabağ” və “Qəbələ”siz “11-lik”[/b]

UEFA Avropa Liqasında qrup mərhələsinin V turunun simvolik heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu turnirdə yer alan təmsilçilərimizdən “Qarabağ” və “Qəbələ”nin heç bir üzvü heyətə düşə bilməyib.

 

Turun ən yaxşı qapıçısı “Qəbələ”nin rəqiblərindən olan “Krasnodar”ın qolkiperi Andrey Dikan seçilib. “Qarabağ”ın son turda səfərdə üz-üzə gələcəyi “Anderlext”dən isə Kara Mbodj ən yaxşı 3 müdafiəçidən biri olub.

 

3-4-3 sxeminə görə düzülən “11-lik”də ən çox oyunçu ilə “Sportinq” təmsil olunub. Moskva “Lokomotiv”ini səfərdə məğlubiyyətə uğradan Portuqaliya klubunun 2 üzvü ən yaxşılar arasına düşüb.

 

V turun simvolik heyəti:

Qapıçı: Andrey Dikan (“Krosnodar”)

Müdafiəçilər: Kara Mbodj (“Anderlext”), Vlad Çirikeş (“Napoli”), Yakub Brabek (“Sparta”),

Yarımmüdafiəçilər: Antonio Kandreva (“Latsio”), Leroy Sane (“Şalke”), Federiko Bernardeski (“Fiorentina”), Andre Martins (“Sportinq”)

Hücumçular: Fredi Montero (“Sportinq”), Arits Aduriz (“Sevilya”), Cenk Tosun (“Beşiktaş”)

 

 

 

 

 

0