"Neftçi İdman Klubu"nun üzvü Avropa çempionatında bürünc medal qazandı
27.11.2015 - 17:56
"Neftçi İdman Klubu"nun üzvü Avropa çempionatında bürünc medal qazandı

Macarıstanın Eger şəhərində paralimpiyaçıların pauerliftinq üzrə açıq Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, lisenziya xarakteri daşıyan mötəbər turnirdə "Neftçi İdman Klubu"nun təmsilçisi Ahməd Razm Azər də qüvvəsini sınayıb.

 

65 kq çəki dərəcəsində yarışan pauerliftinqçinin çıxışı uğurlu olub. Razm Azər 174 kq ağırlığın öhdəsindən gələrək, Avropa çempionatının bürünc medalına sahib olub.

0