[b]“Qarabağ"ın ən böyük özəlliyi...” – Ben Deyvis[/b]
28.11.2015 - 14:22
[b]“Qarabağ"ın ən böyük özəlliyi...” – Ben Deyvis[/b]

“Bakıdan 3 xalla qayıtmaq çox sevindiricidi. Çünki bu qələbə bizi növbəti mərhələyə daşıdı”. Apasport.az saytının məlumatına görə, bunu “Tottenhem”in müdafiəçisi Ben Deyvis deyib.

 

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ”la qarşılaşan “Tottenhem” 1:0 hesablı qələbə sayəsində adını 1/16 final mərhələsinə yazdırıb.

 

Uels millisinin gənc futbolçusu İngiltərə mətbuatına açıqlamasında “Qarabağ”ın baxımlı oyun göstərdiyini bildirməklə yanaşı, yerli azarkeşləri də fərqləndirib: “Qarabağ” bizə qarşı baxımlı oyun göstərdi. Ən böyük özəllikləri topla yaxşı oynamalarıdı. Amma ustalıq səviyyəsi öz sözünü dedi və istədiyimiz nəticə ilə qayıtmağı bacardıq. Bizi Bakıda dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Elə azərbaycanlı azarkeşlərə də alqış düşür. Çünki onlar gözlədiyimizdən də çox idilər və komandalarını sona qədər dəstəklədilər”.

 

Qeyd edək ki, 5 turda 10 xal toplayan “Tottenhem” 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Aktivində 4 xalı olan “Qarabağ” isə son turda “Anderlext”in qonağı olacaq.

0