Müller “Bavariya”nın tarixinə düşdü
29.11.2015 - 16:05
Müller “Bavariya”nın tarixinə düşdü

Almaniya Bundesliqası klublarından “Bavariya”nın futbolçusu Tomas Müller klubun tarixinə düşüb. Apasport.az saytının alman mətbuatına istinadən məlumatına görə, bundesliqanın son turunda “Herta” ilə oyunda fərqlənən hücumçu 2 tarixi nəticəyə birdən imza atıb.

 

Belə ki, məhz Müllerin berlinlilərin qapısından keçirdiyi top “Bavariya”nın Bundesliqa tarixindəki 2300-cü qol olub.

 

Bundan əlavə, ardıcıl 5-c oyunda rəqib qapıçıları məyus edən Tomas ümumilikdə vurduğu 84 qolla klub tarixinin ən çox qol vuran futbolçularının ilk onluğuna düşüb.

0