[b]Çingiz Abdullayev: O, heç yerə getmir - MÜSAHİBƏ[/b]
29.11.2015 - 21:09
[b]Çingiz Abdullayev: O, heç yerə getmir - MÜSAHİBƏ[/b]

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev “Qarabağ”la oyundan sonra (1:0) apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Əsgər Abdullayevin təyinatından sonra ardıcıl iki, həm də derbi hesab ediləcək duellərdən qələbə ilə ayrıldınız. Fikrinizi bilmək maraqlı olardı...

- Düz qeyd etdiniz, hər iki oyun derbi idi. Komandamız yaxşı oynayır. Təbii ki, buna görə sevinirik. Əsas odur ki, udduğumuz hər iki oyunda top buraxmadıq. Bir müddət əvvəl pis oynadığımızı deyirdilər, yenə həmin futbolçulardı, amma bu dəfə sübut edirlər ki, oynamağı bacarırlar. Bu iki oyunda bir xal belə qazana bilməyəcəyimizi deyirdilər. Ancaq biz  xal yığıdıq.

 

- Müvəqqəti təyin edilən baş məşqçinin bu uğurlu seriyası sizi əcnəbi baş məşqçi axtarışından daşındıra bilərmi?

- Hələ heç nə dəyişməyib. Necə istəyirik, elə də davam edir. Əsgər müəllimin uğurlarına sevinirik. O, “Neftçi”yə yad sima deyil. Əsgər Abdullayev “Neftçi”də ən çox oyun keçirən iki futbolçudan biridi. O, heç yerə getmir.

 

- Təyinatın müvəqqəti olduğunu demişdiniz...

- Əsgər müəllim komandaya kömək etmək istəyir. İlin sonuna qədər vəzifəsinin başındadı. Bəlkə o, çempion olacaq? Bunu bilmirik.

 

- Nəticə uğurlu olsa, fikrinizi dəyişə bilərsiz?

- Fikrimi tez-tez dəyişməyi xoşlamıram. Amma Əsgər müəllimi dəstəkləməyə çalışırıq. “Neftçi” “xalq komandasıdı”. Bir tərəfdən əcnəbi məşqçi ilə çalışmağı istəyirik. Digər yandan Əsgər müəllim uğurlu nəticələr qazanır. Göz dəyməsin. Komanda 6-7-ci pillələrdə yer almışdı. Yavaş-yavaş üst sıralara yüksəlir. “Neftçi”ni indiyə qədər hələ də sevirlər. Digər 9 komandamız inciməsin, bu, həqiqətdi. “Neftçi” xalqın komandasıdı.

 

- “Xəzər Lənkəran” üzərində qələbənin xüsusi önəmi olduğunu oyundan sonra futbolçuları təbrik edən zaman açıqladınız. Bəs “Qarabağ”la dueldəki qələbənin necə, sizi sevindirəcək xüsusi səbəbi varmı?

- Son iki ildə “Qarabağ”ı uda bilmirdik. Amma cari mövsümün I dövrəsindəki oyunda da pis oynamadıq. Hakimin son saniyələrdə qapımıza təyin etdiyi şübhəli penalti olmasaydı, onda da uda bilərdik. Heyətimizdəkilər gənclərdi. Belə şeylər olnada “sınır”lar. Çalışırıq ki, onlarda önünəinam yaransın. Heyətimizdə 19-20 yaşlı gənclər var. “Neftçi” onları yetişdirir. Bunu yazmaq lazımdı.

0