[b]“Azərbaycana qayıda bilərəmmi? Niyə də yox?”[/b]
30.11.2015 - 10:27
[b]“Azərbaycana qayıda bilərəmmi? Niyə də yox?”[/b]

“Azərbaycandakı karyeram mənim üçün yaxşı təcrübə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri belçikalı futbolçu Benjamin Lambot deyib.

 

Ötən mövsümü Azərbaycan çempionatında, konkret olaraq “Simurq”un heyətində keçirmiş 28 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib.

 

Azərbaycandakı karyerasını yada salan Lambot maraqlı fikirlər səsləndirib: “Lyers”də çıxış edəndə “Simurq”dan təklif gəldi. Birinci gülməyim gəlsə də, təklifi qəbul etdim. İstənilən halda, əşyalarımı toplayıb, həmin kluba keçməyə razılıq verdim. Karyeramın il yarımını orda keçirdim. İlk dəfə bu klubu Türkiyədə, onların toplanışı zamanı gördüm. Həm özüm, həm də ailəm adaptasiya prosesini qısa zamanda keçdik. Azərbaycan kimi ekzotik ölkədə oynamaq mənim üçün yaxşı təcrübə oldu. Həqiqətən də, orda çox şey öyrəndim”.

 

Lambot bildirib ki, yenidən Azərbaycan çempionatında çıxış etmək variantı yaransa, bundan istifadə edəcək: “Nə vaxtsa yenidən Azərbaycana qayıda bilərəmmi? Niyə də yox? Baxmayaraq ki, Azərbaycan klubunda son 4 ayımın maaşını ala bilmədim. Amma bununla bağlı FİFA-ya müraciət etmişəm. Biz komanda üçün əlimizdən gələni etmişdik. Maaşlarımız verilməsə də, sona qədər mübarizə aparmışdıq”.

 

Qeyd edək ki, Lambot “Simurq”un heyətində Azərbaycan çempionatında ümumilikdə 35 oyun keçirib. 

0