[b]Azərbaycan Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından cavab gözləyir [/b]
30.11.2015 - 11:51
[b]Azərbaycan Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından cavab gözləyir [/b]

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) çətinliklə üzləşib. Apasport.az saytının məlumatına görə, qurum Olimpiya lisenziyalarının tam siyahısını açıqlaya bilmir.

 

Buna səbəb son vaxtlar tez-tez rast gəlinən dopinq qalmaqalları üzündən bir sıra nəticələrin ləğv olunmasıdı. Belə çətin durumun həlli üçün IWF Beynəlxalq Olimpiya Komitəsi ilə məsləhətləşmələr aparmaq qərarına gəlib. Məsələyə bu həftə, konkret olaraq dekabrın 4-dən gec olmayaraq, aydınlıq gəlməlidi.

 

Qeyd edək ki, həmin tarixdə Azərbaycan millisinin də Rio-2016-ya neçə lisenziya qazanması bəlli olacaq. 

0