“Mən olsaydım, Azərbaycanla oyunda nəsə edərdim” - FOTO
30.11.2015 - 13:18
“Mən olsaydım, Azərbaycanla oyunda nəsə edərdim” - FOTO

“Norveç yığmasının Avro-2016-nın seçmə mərhələsində yaxşı oyunları da oldu, pis oyunları da”. Apasport.az saytının məlumatına görə, bu sözləri Danimarkanın “Kopenhagen” klubunun baş məşqçisi Stole Solbakken deyib.

 

Norveçli sabiq futbolçu ölkəsinin mətbuatına verdiyi müsahibədə həmyerlilərinin Avro-2016-nın final mərhələsindən kənarda qalmasına toxunub.

 

O qeyd edib ki, Per-Matias Hoqmonun komandası Macarıstanla pley-off görüşlərinə qədər ən zəif oyunlarından birini Osloda Azərbaycan yığmasına qarşı keçirib: “Öz meydanımızda Xorvatiya və Bolqarıstana qarşı yaxşı oyunlar keçirdik. Amma pis görüşlərimiz də oldu. Azərbaycanla qolsuz heç-heçəni nəzərdə tuturam. Arada futbolda belə hallar baş verir. Amma mən bunu çox pis hal kimi qiymətləndirirəm, belə xal itkilərinə yol vermək olmaz. Xorvatiya və İtaliya ilə 4 görüşdən birini çıxmaq şərtilə, 3-də zəif təsir bağışladıq. Hoqmonun yerində mən olsaydım, həm Azərbaycanla ev oyununda, həm də Xorvatiya və İtaliya ilə həmin 3 görüşdə nəsə edərdim”.

 

Qeyd edək ki, 1994-2000-ci illər ərzində Norveç yığmasının formasını geyinmiş Solbakken 58 oyunda 9 qola imza atıb. 

0