Türkiyəli futbolçudan nümunəvi hərəkət -[b] VİDEO[/b]
30.11.2015 - 13:37
Türkiyəli futbolçudan nümunəvi hərəkət -[b] VİDEO[/b]

“Bayer”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu türk mədəniyyətini Almaniyada da nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin üzvü Bundesliqa matçında örnək hərəkətlə diqqət çəkib.

 

Bundesliqanın XIV turunda “Şalke” ilə matçın 36-cı dəqiqəsində azarkeşlər meydançaya çörək atıblar. Künc zərbəsi yerinə yetirmək üçün bayrağa tərəf yaxınlaşan Hakan əvvəlcə atılan çörək qırıntılarını toplayaraq, üç dəfə öpərək alnına qoyub və kənara aparıb. Onun bu hərəkəti ərtrafındakıların təəccübünə səbəb olub.

 

Qeyd edək ki, “Bayer” – “Şalke” matçı 1:1 hesabı ilə nəticələnib.

 

0